MALİYYƏ

Gələn ilin büdcəsində neftin qiyməti qaldırıldı

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 25 427 milyon manat, xərcləri isə 28,543 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin məlumatına görə, büdcə kəsri 3 116 milyon manat məbləğində gözlənilir.

2021-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 40 ABŞ dolları olması nəzərdə tutulub.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə 5 ABŞ dolları və ya 14,3 % çoxdur.

Məlumatda qeyd edilir ki, pandemiya fonunda dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənliklər, eləcə də dəyişkən neft qiymətləri nəzərə alınaraq ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılmış, bu əsasda, ortamüddətli dövr üçün icmal vədövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)