Birja

Neft bu gün ucuzlaşır

Dünyada COVID-19-a yoluxma saylarının artmasına baxmayaraq, neft qiymətləri hələki davamlılığını qoruyur. ENA.az xəbər verir ki, bu gün qiymətlər ucuzlaşmağa başlasa da bu çox zəifdir. 

London birjasında Brent markalı neftin fevral üçün satış qiyməti cümə günü səhər 10:00-a qədər 51,23 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,27 dollar (0,47%) azdır. Cümə axşamı günü edilən ticarət nəticəsində bu müqavilələr 0,42 dollar artaraq (0,8%) - martın 3-dən bəri maksimum bir barel üçün 51,5 dollara yüksəldi.

New York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə yanvar ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 48,2 dollar / barel təşkil edib ki, bu da əvvəlki ticarət səviyyəsindən 0,16 dollar (0,33%) azdır. Bir gün əvvəl fyuçerslər 0,54 dollar (% 1,1) artaraq barel üçün 48,36 dollara yüksəldi ki, bu da 26 fevraldan bəri ən yüksək dəyərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)