Birja

Azərbaycan neftinin satış qiyməti açıqlandı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,08 ABŞ dolları və yaxud 0,16 % artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 51,52 ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, neft büdcədə nəzərdə tutulan 35 dollardan 16,52 dollar baha satılır.   

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)