"SİLK VEY VEST AVİAŞİRKƏT"i istiqrazlarını tam satdı - NƏTİCƏ

"SİLK VEY VEST AVİAŞİRKƏT" MMC-nin istiqrazların yerləşdirilməsi üzrə hərrac 20.06.2025-ci il tarixində yekunlaşıb. Bir ədədi 1,000 ABŞ dolları olan 10 min istiqraz satışa çıxarılıb və illik gəlirlilik 5.5% faiz olmaqla reallaşdırılıb.
Sifariş sayı 53 olub və 10,000,000 ABŞ dolları tam olaraq alıcı tapıb. İstiqraz üzrə hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"SİLK VEY VEST AVİAŞİRKƏT" MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2005023513 |
İstiqraqzların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli hərrac |
İstiqrazların sayı |
10,000 ədəd |
İlkin ticarət qiyməti |
1,000 ABŞ dolları |
Buraxılış həcmi |
10,000,000 ABŞ dolları |
İllik gəlirlilik faizi |
5.5% |
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir |
Tədavül müddəti |
3 il |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
10,000,000 ABŞ dolları |
Reallaşdırılmış həcm |
10,000,000 ABŞ dolları |
Minimal qiymət |
1,000.0000 (5.50%) ABŞ dolları |
Maksimal qiymət |
1,042.2100 (4%) ABŞ dolları |
Kəsmə qiymət |
1,000.0000 (5.50%) ABŞ dolları |
Ortaçəkili qiymət |
1,020.2481 (4.77%) ABŞ dolları |
İnvestor sayı |
52 |
Sifariş sayı |
53 |
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |