Birja

Azərbaycan neftinin qiyməti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,09 ABŞ dolları və yaxud 2,17 % artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 51,44 ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, neft büdcədə nəzərdə tutulan 35 dollardan 16 dollar baha satılır.   

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)