Sağlamlıq

"Virusun təhlükəli hissəsi olan RNT çoxalmağa başlayır"

“SARS CoV-2 virusu ağciyərlərdəki hüceyrələrə daha çox yayılır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, virusun təhlükəli hissəsi olan RNT çoxalmağa başlayır: “Bu da bədənə zülalların daxil olmasını əngəlləyir. Antigenlərə qarşı anticisim deyilən maddələri orqanizmdə sintez etdirə bilsək xəstəliyə qarşı mübarizə də apara bilərik. Anticisim sintez edə bilməyən orqanizm xəstəliyə tab gətirə bilmir. Bu gün xəstəliyi ağır keçirən 10 % insan məhz bu qəbildən olanlardır. Törədiciyə qarşı konkret müalicə üsulu tapmaq lazımdır. Ən doğru seçim vaksinasiya metodudur. Bəzən bir insanın həyatını xilas etmək bir çox mütəxəssis çalışır və təbii ki, yoluxma riski də artmış olur”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)