MALİYYƏ

Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna mətbuat katibi təyin edilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) mətbuat katibi vəzifəsinə təyinat olub.

Bu barədə Fonddan bildirilib.

Məlumata görə, sözügedən vəzifə Emil Bayramova həvalə edilib.

O, bundan əvvəl Gənclər Fonduna məxsus “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin təlim-tədris üzrə baş mütəxəssis olub və yeni vəzifəsində Fuad Hüseynəliyevi əvəz edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)