Əmanətlərin tam sığortalanması müddəti 4 ay uzadılır - ARDINCA 100 MİN MANATADƏK ƏMANƏTLƏR...
Əmanətlərin tam sığortalanması müddəti 2021-ci ilin 5 Aprel tarixinədək uzadılır.
ENA.az "Marja"ya istinadən əldə etdiyi məlumata görə, 2020-ci ilin 4 dekabr tarixindən 2021-ci ilin 5 aprel tarixinədək Azərbaycan banklarında yerləşdirilən əmanətlər tam sığortalanacaqdır.
Bu barədə qanun layihələri hazırlanıb. Layihəyə görə, 2021-ci ilin 5 aprel tarixindən sonra isə faiz tavanı tələbinə əsasən fiziki şəxslərin banklara yerləşdirdiyi 100 min manatadək əmanətlər qorunan əmanətlər hesab olunacaqdır.
Digər bir mühüm məsələ sahibkarların cari hesabları ilə bağlıdır. Belə ki 5 Aprel 2020-ci ildən etibarən sahibkar hesablarının 20 min manatədək olan olan hissəsinin qorunan əmanətlərə şamil etilməsi nəzərdə tutulur.