Bank

“Kapital Bank”da yeni təyinat olub

“Kapital Bank” ASC-nin Pərakəndə satış departamentinə təyinat olub.

ENA.az bildirir ki, Əsəd Fərhadov adıçəkilən departamentin direktor müavini təyin edilib.

Ə.Fərhadov bundan öncə bu departamentin strukturunda olan şöbədə müdiri vəzifəsində çalışırdı.

Ə.Fərhadov ilk bank işini “Bank Respublika” ASC-də 2011-ci ildən başlamış, 2014-cü ildən isə “Kapital Bank”a təyinat almışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)