“Yelo Bank”da yeni təyinat
Əziz Fətəliyev “Yelo Bank”ın Audit Departamentinin yeni rəhbəri təyin edilib. ENA.az xəbər verir ki, bu barədə Banker.az-a bankdan bildirilir.
O bu vəzifədə Vüsalə Əliyevanı əvəzləyib.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsini bitirən Əziz, karyerasına 2007-ci ildə AccessBank`da kassir kimi başlayıb. Burada baş kassir vəzifəsinədək yüksəldikdən sonra 2014-cü ildən etibarən Daxili Audit departamentində auditor kimi karyerasını yeni istiqamətdə inkişaf etdirəməyə başlayır və sonda baş auditor vəzifəsinə kimi yüksəlir. 2017-ci ildən karyerasını Bank Respublikada davam edən Əziz, ilk öncə Daxili Audit Departamentində şöbə müdiri, son illərdə isə həmin departamentin direktor müavini kimi böyük uğurlar əldə edir.
Əziz, beynəlxalq dərəcəli sertifikatlara malik auditor və idarəçidir. Əminik ki, Əzizin təcrübə və bilikləri Yelonun Parlaq Bankçılıq konsepsiyasının reallaşdırılmasında əvəzsiz rol oynayacaq. Yelo ailəmizə qoşulması münasibətilə Əzizi təbrik edir və ona yeni işində böyük uğurlar arzu edirik.