Sosial iqtisadiyyat

Əhalinin pul gəlirləri azalıb

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 46 milyard 56,8 milyon manat təşkil edib. Bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 41 milyard 729 milyon manat qalır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 2,5% azdır.

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib.Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 2,7% azalaraq - 4 min 617,2 manat olub. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)