Sağlamlıq

ÜST dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəşəriyyətin yeni pandemiyaya hazırlaşmalı olduğunu hesab edir. 

ENA.az xəbər verir ki, bu barədə TASS ÜST-nin bəyanatına istinadən məlumat verib.

ÜST-nin yayımladığı bəyanatda qeyd edib ki, dünya ictimaiyyəti artıq indidən yeni pandemiyaya hazırlaşmalıdır. “Son bir ildə fövqəladə vəziyyətə hazırlıq üzrə güclü səhiyyə infrastrukturu olan ölkələrin SARS-CoV-2 virusunun yayılmasının qarşısının alınması və onun nəzarətə götürülməsi məqsədi ilə sürətli hərəkət edə bildiklərini gördük”, - təşkilatdan bildiriblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)