İmmunoloq COVID-19-un nə zaman dayanacağını proqnozlaşdırıb
"Koronavirus pandemiyası immunitet “təbəqəsi” 70-80%-ə çatana qədər dayanmayacaq".
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib.
“İmmunitet təbəqəsi 60% və yuxarı olduqda pandemiya yavaşlayacaq. 70-80%-dən sonra isə dayanacaq. Bu müddətdə təmasda olmayanlar xəstələnəcək. Ona görə də görülən tədbirlərdən sonra yayılmanın dayanmasını gözləməyə dəyməz. Düşünürəm ki, yalnız yavaşlama gözləyə bilərik. Əslində indi elə bu baş verir”, - o deyib.