Bank

Xaricilərin Azərbaycan banklarındakı əmanətləri 13% artıb

Bu ilin oktyabr ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarında əmanətlərinin həcmi 8,9 mln. manat və ya 1%, ilin əvvəlindən isə 99,6 mln. manat və ya 13% artaraq noyabrın 1-nə 844,6 mln. manat təşkil edib.

"BI" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatından məlum olur. 

Yerli valyutada yerləşdirilən əmanətlərdə azalma, xarici valyutada isə artım qeydə alınıb. Belə ki, qeyri-rezindetlərin oktyabr ayı ərzində manatla əmanətləri 49,3 mln. manat və ya 36% azalıb, dollarla əmanətləri isə əksinə 58,2 mln. manat və ya 8% artıb.

Noyabrın 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 757,7 mln. manat və ya 90%-i xarici, 86,9 mln. manat və ya 10%-i milli valyutada yerləşdirilib.

Bildirək ki, 2018-ci il noyabrın 1-nə əsasən, fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 140,0 mln. manat təşkil edib ki, bunun da 7 295,5 mln. manatı rezident, 844,6 mln. manatı qeyri-rezidentlərin əmanətləridir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)