Birja

Banklara dollar satıldı - HƏRRACIN NƏTİCƏSİ

Azərbaycan Mərkəzi Bankının nəzarəti ilə bu gün Dövlət Neft Fondunun valyuta vəsaitlərinin hərracda realizasiyası həyata keçirilib. Hərracda banklara 63,8 milyon dollar satılıb.

“Hərracda tələb 63,8 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə Azərbaycan Mərkəzi Bankı açıqlayıb. 

ARDNF bu il valyuta hərraclarında 6,8 milyard dollar məbləğində xarici valyuta satmağı planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)