Cəbrayılın daha 3 kəndi və strateji yüksəkliklər işğaldan azad edildi
![](https://ena.az/uploads/news/2020-10/_ena_730d8defad1bbac81f87d4f59_o.jpg)
Prezident İlham Əliyev Cəbrayılın işğaldan azad olunan daha bir neçə kəndinin və strateji yüksəkliyinin adını açıqlayıb.
"ENA" xəbər verir ki, dövlət başçısı bu barədə Tvitter səhifəsində yazıb:
"Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!".