Bakı–Tbilisi qatarının biletləri ilə bağlı yenilik
Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni verifikasiya qaydaları tətbiq edir.
Bu barədə ADY-dən məlumat verilib.
“Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində şəxsi kabinetlərini mygov ID vasitəsilə verifikasiya etməlidirlər”, – məlumatda bildirilib və əlavə edilib ki, FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq.
Bilet almaq üçün verifikasiyanın tamamlanması mütləqdir:
“Xarici ölkə vətəndaşları isə verifikasiya üçün vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə təsdiqləməlidirlər.
“ADY Mobile”da verifikasiyadan keçmək üçün saat 00:00-dan sonra tətbiqi yeniləməyi unutmayın”.


















