Banklar valyuta hərracında dollar aldılar - MƏBLƏĞ
Azərbaycan Mərkəzi Bankının nəzarəti ilə (AMB) keçirilən valyuta hərracında banklara 62,8 milyon dollar satılıb.
“Hərracda tələb 62,8 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb və cümə axşamı səhərə olan məzənnə ilə müqayisədə dəyişməyib”, - deyə AMB-dən bildirilib.
Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-avqust aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən 5 milyard 3,7 milyon dollar satılıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur.
Xatırladaq ki, Dövlət Neft Fondu bu il valyuta hərraclarında 6,8 milyard dollar məbləğində xarici valyuta satmağı planlaşdırır.