MALİYYƏ

Amerikalı iqtisadçı dolların yaxın zamanda kəskin ucuzlaşmasının üç amilini qeyd etdi

ABŞ dolları yaxın gələcəkdə kəskin ucuzlaşa bilər. Banker.az xəbər verir ki, bu barədə “Morgan Stanley Asia”nın baş iqtisadçısı və Yel Universitetinin elmi əməkdaşı Stiven Rouch məlumat verib.

Ekspert real məzənnə may-avqust ayları arasında 4,3% azalıb. İqtisadçı 2021-ci ilin sonuna qədər dolların 35% düşəcəyini hesab edir və bunun əsas üç səbəbini göstərir.

Onun sözlərinə görə birinci səbəb ABŞ-da makroiqtisadi tarazlığın kəskin artması, ikinci səbəb avro və yuan kimi alternativ valyutaların rolunun artması, üçüncü səbəb isə “Amerika müstəsnalığının xüsusi aurasının yox olması”dır.

Stiven Rouch əlavə olaraq qeyd edib ki, ABŞ iqtisadiyyatındakı balanssızlığın kəskin artmasına daxili əmanətlərin həcminin rekord dərəcədə düşməsi səbəb olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)