TƏBİB-də struktur dəyişikliyi aparılıb
![](https://ena.az/uploads/news/2020-09/_ena_c8b686f91e42cf35c908f0209_o.jpg)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi aparılıb.
TƏBİB-dən verilən xəbərə görə, dəyişikliyə əsasən, TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub. Bundan sonra göndərilən sorğular İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib.
Binəqədi İcra hakimiyyəti başçısının sabiq müavini Aygün Əliyeva isə TƏBİB-in Sənədlər və vətəndaş müraciətləri ilə iş departamentinin müdiri təyin olunub.