ÜST Rusiyanın koronavirus vaksininə müsbət rəy verib
“Rusiyanın ixtira etdiyi “Sputnik V” adlı koronavirusa qarşı vaksin effektiv və insan orqanizmi üçün ziyansızdır”.
ENA.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun direktoru Hans Klüqe Rusiyanın baş naziri Mixail Muraşko ilə danışıqlar zamanı açıqlayıb.
Təşkilat rəsmisi vaksinin hazırlanmasına görə Rusiyaya təşəkkürünü çatdırıb.