Sağlamlıq

Türkiyə üçün tarixi gün: koronavirus peyvəndi vurulacaq

Bu gün Türkiyədə ilk dəfə koronavirus peyvəndi vurulacaq.

ENA.az xəbər verir ki, bu barədə məlumatı “CNN Türk” yayıb.

Məlumata görə, Çin istehsalı olan peyvəndin yaxın on gündə 1 200 – 1 300 tibb işçisinə vurulması planlaşdırılır.

Bildirilib ki, 14 gün sonra çıxan nəticələr Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) göndəriləcək. Gələcəkdə xronik xəstəliyi olan 13 min nəfərin vaksinləşdirilməsi hədəflənib.

Qeyd olunub ki, Çin ilə yanaşı, Braziliya, İndoneziya, Banqladeş də daxil olmaqla bir sıra ölkədə 10 min nəfərə bu vaksindən vurulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)