Avtomobil

Ferrari Luce bazara çıxmamış gələn ilin istehsalını satıb

İtaliyanın lüks avtomobil istehsalçısı “Ferrari”nin ilk tam elektrikli modeli “Luce” üçün 2027-ci ildə satışa çıxarılması planlaşdırılan bütün avtomobillər artıq sifariş edilib.

Şirkətin baş icraçı direktoru Benedetto Vigna üçüncü rübün maliyyə nəticələrinin açıqlanması ilə bağlı tədbirdə modelə göstərilən maraqdan məmnun olduqlarını bildirib.

Onun sözlərinə görə, gələn il satılması planlaşdırılan bütün avtomobillər artıq müştərilərə ayrılıb. Vigna 2027-ci il üzrə satış hədəfinin konkret sayını açıqlamayıb. Bununla belə, gələn il keçiriləcək müştəri test-sürüşlərinin tələbata əlavə təkan verəcəyini gözlədiklərini qeyd edib.

“Luce” modelinin ilk təhvil verilmələrinin 2026-cı ilin sonuna planlaşdırıldığı bildirilir. Avtomobil may ayında təqdim edilərkən qeyri-ənənəvi dizaynına görə tənqidlərə məruz qalmışdı.

Vigna istehsal və tələb baxımından ciddi problem olmadığını, lakin avtomobilin çoxsaylı yeni komponent və texnologiyaları özündə birləşdirdiyi üçün mürəkkəb model olduğunu vurğulayıb.

“Ferrari” 2030-cu ilə qədər məhsul çeşidinin 20%-ni tam elektrikli avtomobillərdən formalaşdırmağı hədəfləyir. Şirkət bu istiqamətdə yeni modellər üzərində də işləyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)