Sosial iqtisadiyyat

Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində  yeni və geniş fuksional imkanlara malik “Pensiya kalkulyatoru” e-xidmətini hazırlayır.

Nazirlikdən "ENA"ya verilən məlumata görə, bu e-xidmət vətəndaşlara onlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək.

Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat verəcək.

Yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department