MALİYYƏ

Türkiyədə qiymətlər daha çox düşdü - LİRƏ BAHALAŞDI

Türkiyədə Noyabr ayında aylıq inflyasiya 1.44%-ə, illik inflyasiya isə 25.24%-dən 21.62%-ə geriləyib. 

"BI" xəbər verir ki, inflyasiyanın (istehlakçı qiymətləri indeksinin) aylıq 0,60%, illik isə 22,66% olacağı gözlənilirdi.

Baza inflyasiya Noyabrda 24.34%-dən 20.72%-ə geriləyib.
İstehsalçı qiymətləri indeksi aylıq 2.53%-ə düşərkən, illik artım 45.01%-dən 38.54%-ə geriləyib.

Ərzaq inflyasiyası bu dövrdə 29.26%-dən 25.66%-ə enib.

Məlumat açıqlanandan sonra Türk Lirəsi Dollar qarşısında 0,7% də dəyər qazanıb və məzənnə 5.1469 səviyyələrini görüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)