Bank

Azərbaycanda 8 bankın öhdəlikləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin öhdəlikləri bu il iyulun 1-nə illik müqayisədə az olub.

Bunlar "Azər-Türk Bank", "Muğan Bank", "Premium Bank", "Unibank", "Yapı Kredi Bank Azərbaycan", "Bank Respublika", "Express Bank" və "Bank Avrasiya"dır.

Ən çox azalma "Bank Avrasiya"da (27,7%), ən az azalma isə "Azər-Türk Bank"da (0,1%) qeydə alınıb.

1 bankın - "Azərbaycan Beynəlxalq Bankı"nın öhdəlikləri dəyişməyib.

Qalan 17 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (3,2 dəfə), ən aşağı dinamika isə "Xalq Bank"da (0,2%) qeydə alınıb.

4 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 020,384 milyon manat), "PAŞA Bank" (4 369,13 milyon manat), "Kapital Bank" (4 361,949 milyon manat) və "Xalq Bank"dır (1 740,077 milyon manat).

Qalan 22 bankdan 19-da öhdəlikləri 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)