Koronavirus vaksini üçün zavod tikilir
![](https://ena.az/uploads/news/2020-08/_ena_b98e9ae88bcde2c3845e2da3a_o.jpg)
Qazaxıstanda immun-bioloji preparatların istehsalı üzrə əczaçılıq zavodunun tikintisi davam edir.
Bu barədə ölkənin Təhsil və Elm Nazirliyi yanında Bioloji Təhlükəsizlik Problemləri Elmi-Tədqiqat İnstitutundan bildiriblər.
Zavodun tikintisi bu ilin iyununda başlayıb. Zavodun immun-bioloji preparatların, o cümlədən koronavirus vaksinin istehsal etməsi planlaşdırılır. Hazırda yerli koronavirus vaksini ÜST siyahısına daxil edilib və ilkin kliniki sınaqlardan keçir.