Bank

“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarının sayı artıb

Bu il iyulun 1-nə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının sayı 1 757 şəxs olub.

ENA.az xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 7 şəxs, yaxud 0,4% çoxdur.

Yanvar-iyun aylarında ABB-nin səhmdarı olan hüquqi şəxslərin sayı 1 vahid, yaxud 6,7% artaraq 16-ya, fiziki şəxslərin sayı isə 6 nəfər, yaxud 0,35% artaraq 1 741-ə çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı