“Nokia” məhkəmənin qərarı ilə Almaniyada “Mercedes-Benz”lərin satışına qadağa qoya biləcək
“Mersedec-Benz” markasının sahibi olan “Daimler”, avtomobillərində “Nokia”nın mobil texnologiyalarından istifadə edərək şirkətin patent hüquqlarını pozub. Mannheym məhkəməsinin çıxardığı bu qərar “Nokiya”ya Almaniyada “Mercedes-Benz” avtomobillərinin satışına qadağa qoymaq imkanını verir.
“Biz Mannheym məhkəməsinin hökmünü başa düşə bilmirik və şikayət edəcəyik”, – deyə “Daimler” bildirib.
ENA.az xəbər verir ki, verilən məlumata görə, “Nokia” şirkəti avtomobillərin satışına qadağa qoymaq üçün 7 milyon avro girov qoymalı olacaq. Avtomobil istehsalçısı bunun baş verməyəcəyini düşünür.
“Nokia” satılan hər bir avtomobil üzrə əlavə haqq almaq istəyir və istehsalçılara lisenziya verməkdən imtina edir. Bəzi tədarükçülər, o cümlədən “Continental AG” və “Robert Bosch GmbH” “Daimler”i dəstəkləyirlər. Avtomobil istehsalçısı “Nokia”nın irəli sürdüyü şərtlərin ədalətsiz olduğunu hesab edir.
Mannheym məhkəməsi “Nokia”nın tərəfini saxlamağa məcbur olub, çünki “Daimler” uzun müddət ərzində mövcud “standart patentlər” qaydalarına riayət etməyib.
“Ümid edirik ki, indi “Daimler” bütün öhdəlikləri öz üzərinə götürəcək və lisenziyanı ədalətli şərtlərlə əldə edəcək”, – “Nokia”nın açıqlamasında deyilir.
Xatırladaq ki, 2020-ci ilin iyununda Almaniyanın Federal Kartel İdarəsi Mannheym məhkəməsinə qərar qəbul etməzdən əvvəl Avropa Ədalət Məhkəməsinə müraciət etməyə dəvət etsə də, rədd cavabı alıb.