Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
Bu ilin yanvar-iyul aylarında ölkədə 40 mlrd 008,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8% az ümumi daxili məhsul istehsal olunub.
Bu barədə “ENA” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6%, neft-qaz sektorunda isə 4,5% azalıb.
ÜDM istehsalının 35,3%-i sənaye, 11,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i nəqliyyat və anbar təsərrüfatı, 7,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3%-i tikinti, 2%-i informasiya və rabitə, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil edib.
Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM 4 015,1 manata bərabər olub.