MALİYYƏ

“KfW” Bankının Azərbaycandakı su layihəsinin auditi aparılacaq

"Azərsu" ASC Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə Sukanal və Şəki Sukanal TSC-lərinin və “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin Hökumət payı iştirakı hesabına 2019-cu il üzrə maliyyə hesabatlarına dair audit xidmətinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “RSM Azerbaijan” MMC-dir.

Qalib şirkətə 32,5 min manat ödəniləcək.

Qeyd edək ki, layihənin məqsədi su-kanalizasiya sisteminin dayanıqlı istismarına və texniki xidmətin təmin edilməsinə nail olmaqdır. Bu layihələr Gəncə və Şəki şəhərlərində 550 minədək sakinin sosial şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)