Türkiyənin xarici ticarət kəsiri 93,8% azalıb
Türkiyə Statistika Təşkilatının açıqladığı məlumatlara görə, ixracat 2018-ci ilin Oktyabr ayında, 2017-ci ilin eyni ayı ilə müqayisədə 13% artaraq 15 milyard 719 milyon dollar, idxalat 23,8% azalaraq 16 milyard 176 milyon dollar reallaşıb.
Xarici ticarət kəsiri 93,8% azalıb
Oktyabr ayında xarici ticarət kəsiri 93,8% azalaraq 456 milyon dollara geriləyib. Proqnoz da 0.5 milyard dollar idi.
İxracatın idxalatı qarşılama nisbəti 2017-ci ilin Oktyabr ayında 65,6% ikən, 2018-ci ilin Oktyabr ayında 97,2%-ə yüksəlib.