MALİYYƏ

Azərbaycanda yeni investisiya proqramı hazırlanacaq

Azərbaycanda yeni investisiya proqramı hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər planına əsasən, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi mütəmadi olaraq, su təsərrüfatı sahəsində infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı dövlət investisiya proqramının tərtib etməli və icrasına nəzarəti gücləndirilməlidir.

Eyni zamanda, “Azərsu” ASC, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mütəmadi olaraq, içməli su təchizatı ilə bağlı bitmiş, davam edən və yeni infrastruktur layihələrinin təhlil olunması və dövlət investisiya proqramının tərtibi zamanı əhalinin artan tələbatının nəzərə alınması tapşırılıb

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department