Rusiya MDB ölkələri üçün koronavirus əleyhinə yeni peyvəndin tədarkünə başlayır - VİDEO
Rusiya dərman şirkəti “R-Pharm” İngiltərə-İsveç şirkəti “AstraZeneca” ilə razılaşaraq, Rusiyada koronavirusa qarşı “Oksford peyvəndi” istehsal edəcək.
“RİA Novosti”nin məlumatına görə, bu barədə “R-Pharm”ın idarə heyətinin sədri və qurucusu Aleksey Repik açıqlama verib.
Onun sözlərinə görə, şirkət 30-50 ölkəyə, o cümlədən Yaxın Şərq, Cənub-Şərqi Asiya, Avropa və MDB ölkələrinə peyvənd tədarükü üçün bir növ mərkəz kimi çıxış edəcək.
BakuTV