Bank

Əmanətlər üzrə kompensasiyaların verilməsi üçün hökumətə müraciət edildi

Ləğv prosesində olan "AGBank", “Atabank” və “NBC Bank” ASC-lər vaxtilə maliyyə bazarlarına nəzarət orqanından fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin artırılması, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsi əməliyyatlarının həyata keçirilməsinin dayandırılması barədə göstəriş alsa da, buna əməlk etmədikləri müəyyən olunub. 

ENA.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanaması Fondunun (ADIF) açıqlamasında bildirilir. 

Bundan əlavə, “Atabank”a təyin olunmuş müvəqqəti inzibatçının ADIF-ə təhvil verdiyi manətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınıb. Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Fond Nazirlər Kabinetinə məktub ünvanlayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department