Sağlamlıq

Azərbaycanda koronavirusdan 6 nəfər vəfat edib - YOLUXMA YÜKSƏK OLARAQ QALIR

Azərbaycanda 521  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 355  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "ENA"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 15 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib, 6978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 5646 koronavirus testi aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department