Sağlamlıq

Bill Geytsdən VİRUS AÇIQLAMASI: “Yer kürəsinin 60-70%-i yoluxacaq”

"Microsoft" şirkətinin keçmiş prezidenti, dünyanın ən zəngin ikinci iş adamı Bill Geyts koronavirus pandemiyası ilə bağlı yeni açıqlama verib.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarder kəşf olunacaq vaksinin virusun yayılmasının qarşısını almayacağı fikrindədir.

O, Minnesota Universitetinin İnfeksion Xəstəliklərin Tədqiqi Mərkəzinin direktoru Maykl Osterholmun fikri ilə də razılaşıb. Osterholm planetin 60-70%-nin virusa tutulacağını proqnoz etmişdi.

“Vaksinin kəşfi koronavirusun yayılmayacağı təminatını vermir. Virusun yayılması Yer kürəsi sakinlərinin 60-70%-i yoluxana qədər davam edəcək”.

Bununla belə, milyarder vaksinin 2 məsələdə - insanların fərdi müdafiə qabiliyyətinin artmasında mühüm rol oynacağı və xəstəliyi başqalarına keçirməsinə mane olacağı fikrindədir.

Bill Geyts dünya əhalisinin peyvənd olunması üçün 1,6 milyard dollar vəsait ayırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)