Elm və Texnologiya

“Whatsapp”a Telegram-ın məşhur funksiyalarından biri gələcək

Dünyanın ən məşhur messencer olmasına baxmayaraq Whatsapp öz rəqiblərində olan bəzi funksiyalara hələ də sahib deyil. Yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Whatsapp-ın beta versiyalarından birində Telegram istifadəçilərinə tanış olan faydalı özəllik aşkar edilib. Söhbət, animasiyalı stikerlərdən gedir. Bu barədə Androidpolice saytı xəbər verib.

Çatlarda animasiyalı stikerlərin istifadəsi funksiyası Whatsapp-ın 2.20.194.7 nömrəli beta versiyasına əlavə edilib. Sözügedən stikerlərin göndərilməsindən sonra onlar hərəkət etməyə başlayırlar və qısa müddətdən sonra hərəkətsiz qalırlar. Onları yenidən hərəkət etdirmək üçün çat səhifəsini sadəcə olaraq aşağı və ya yuxarı sürüşdürmək lazımdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)