ABŞ Çin şirkətlərinə qarşı maliyyə sanksiyaları tətbiq edə bilər
ABŞ Çinin 20 şirkətinə qarşı maliyyə sanksiyaları tətbiq edilməsini nəzərdən keçirir. Pentaqonun tərtib etdiyi siyahıda “Huawei”, “Hikvision”, “China Mobile Communications Group”, “China Telecommunications Corp” və “Aviation Industry Corp. of China” şirkətlərinin də adı var.
ENA.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Reuters” hərbi idarənin nümayəndəsinə istinadən məlumat verib.
Amerika tərəfinin fikrincə, həmin şirkətlər Çin Xalq Azadlıq Ordusu tərəfindən dəstəklənir. Sənəd ABŞ Konqresinə göndərilib.