Sağlamlıq

Azərbaycanda koronavirusa yoluxmuş məmur vəfat etdi

Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.

ENA.az xəbər verir ki, bu barədə “Report”a onun müalicə edildiyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib.

O bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib: “Edilən müalicələrə baxmayaraq, gecə saat 01:45-də dünyasını dəyişdi”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)