Samir Şərifov deputatı sərt TƏNQİD ETDİ
Maliyyə naziri Samir Şərifov Milli Məclisin deputatı Qüdrət Həsənquliyevi sərt tənqid edib.
ENA.az xəbər verir ki, nazir parlamentin bu gün keçirilən plenar iclasında deputatın səsləndirdiyi fikirlərlə razı olmadığını deyib: “O, ya yaxşı tanış olmayıb bu məsələlərlə, ya da başqa məqsədlər güdür. Tövsiyə edirəm ki, Qüdrət müəllim sui-istifadə sözündən az istifadə etsin və ehtiyatla yanaşsın”.