Sağlamlıq

Koronavirus peyvəndinin qiyməti ilə bağlı - AÇIQLAMA

Oksford Universiteti tərəfindən inkişaf və "AstraZeneca” şirkəti tərəfindən istehsalı planlaşdırılan koronavirus peyvəndi barədə detallar açıqlanıb.

ENA.az “Reuters”ə istinadən xəbər verir ki, “AZD1222” adlı koronavirus peyvəndi sınaqlarının davam etməsinə baxmayaraq, indidən bir çox ölkə və şirkətlər peyvəndə ciddi maraq göstərib.

Peyvəndin maya dəyərinin 2,5 avro təşkil edəcəyi və istehsal edəcək şirkətin pandemiya dövründə peyvənddən gəlir qazanmağı planlaşdırmadığı açıqlanıb. Bununla çatdırılma və digər xərclər əlavə olunmaqla peyvəndin maya dəyərində tədarük olunacağı gözlənilir. “AZD1222” vaksininin təsir müddətinin 1 il olduğu və mövsümi olaraq istifadə oluna biləcəyi bildirilib.

Hazırda Böyük Britaniyada sınaqların sonuncu mərhələsində olan peyvəndin əvvəlki sınaq mərhələləri Braziliya və ABŞ tərəfindən təsdiqlənib. Sonuncu mərhələnin avqust ayında başa çatacağı, satışların və çatdırılmanın ilk növbəsinin isə sentyabr-oktyabr ayında başlanacağı gözlənilir.

2020-ci ilin sonuna qədər peyvəndin 2,1 milyard tək istifadəlik dozasının istehsal edilməsi hədəf qoyulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)