Dollara tələb artdı - VALYUTA HƏRRACI
09 iyun 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 52,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 04 iyun 2020-ci il tarixində keçirilmiş hərracda tələb 44,7 milyon ABŞ dolları təşkil etmişdi.
02 iyun 2020-ci il tarixində keçirilmiş hərracda isə tələb 51,9 milyon ABŞ dolları təşkil etmişdi.