Birja

Rusiyaya qarşı sanksiyaların yumşaldılması neftin qiymətini aşağı salıb (19.10.2026)

Dünya bazarlarında neftin qiyməti ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı bəzi sanksiya və tarifləri müvəqqəti dayandırması, eləcə də Rusiya yanacağının tədarükünün artacağı gözləntiləri fonunda ucuzlaşıb.

ENA.az xəbər verir ki,“Brent” markalı neftin fyuçersləri 1,77% azalaraq bir barel üçün 107,92 dollara, ABŞ-ın “WTI” markalı nefti isə 0,82% ucuzlaşaraq 100,58 dollara düşüb.

Trampın imzaladığı sərəncam Rusiyaya qarşı bəzi sanksiya və tariflərin müvəqqəti dayandırılmasını nəzərdə tutur. ABŞ-ın dövlət katibi Marko Rubio qərarın qlobal iqtisadiyyata təsirlərinin qiymətləndirilməsi üçün 60 günədək vaxt ayrıldığını bildirib.

Trampın açıqlamasına əsasən, Rusiya dizel yanacağının ABŞ və digər ölkələrə tədarükünə başlamalıdır. Daşınmaların bu ay təxminən 2,3 milyon barel həcmində başlanması, daha sonra isə aylıq 7,6 milyon barelə çatdırılması planlaşdırılır. Ukrayna Prezidenti Volodimir Zelenskiy bu addımların ölkəsinə zərər vuracağını bildirib.

Bununla yanaşı, Yaxın Şərqdə gərginlik və gəmiçiliyə qarşı hücumlar neft qiymətlərinin enməsini məhdudlaşdırır. “Kpler” analitik şirkətinin məlumatına görə, Körfəz regionundan neft daşımalarının gündəlik həcmi əvvəlki həftə 20 milyon bareldən çox olduğu halda, son həftədə 8,5 milyon barelə enib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)