Birja

“European Tabacco - Baku”nun səhmləri ilə ticarət aktivləşib

Azərbaycanın aparıcı siqaret istehsalçısı – “European Tabacco – Baku” ASC-nin səhmləri ilə ticarət aktivləşib.

Bu barədə “Bakı Fond Birjası” QSC-yə istinadən xəbər verilir.

Məlumata görə, noyabrın 23-26-da şirkətin səhmlərinin alqı-satqısı üzrə 15 əqd bağlanılıb. Əqdlər nominal dəyəri 20 manat olan 364 ədəd səhmin 40 manata realizə edilməsini nəzərdə tutur.

 

Bu arada, “European Tabacco – Baku”nun rəhbərliyinin yenidən formalaşdırılması gözlənilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)