"AZAL" sentyabr ayınadək bilet satışını dayandırıb
Azərbaycan Hava Yolları şirkəti (AZAL) təyyər uçuşları üçün bilet satışını sentyabr ayınadək dayandırıb.
AZAL-dan ENA.az-a verilən məlumata görə, bu barədə qərar koronavirus pandemiyası səbəbindən, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargağın müvafiq qərarlarına uyğun olaraq atılıb
«Hazırda bizet satışı sentyabrın 1-dək dayandırılıb. Bundan sonra bilet satışının bərpa olunub olunmayacağı Operativ Qərargahın qəbul edəcəyi addmlardan asılı olacaq. Ola bilər ki, uçuşlara həmin tarixdən daha əvvəl icazə verilsin, onda bilet satışı daha tez başlaya bilər Qadağanın uzadılacağı təqdirdə isə bilet satışının başlanması vaxtı da uzadılacaq» - deyə AZAL-ın rəsmi nümayəndəsi Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, AZAL-ın guya bilet satışın bərpa etməsi ilə bağlı bəzi mənbələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.