Rusiya koronavirus peyvəndinin istehsalını planlaşdırır

Rusiyada koronavirus infeksiyasının peyvəndinin istehsalına yayın sonundan etibarən başlanılması planlaşdırılır.
Bu barədə TASS məlumat yayıb.
!@#
Rusiyalı professor Aleksandr Qintsburqun sözlərinə görə, əvvəlcə istehsal çox sayda insanı immunizasiya etməyə imkan verməyəcək.
A.Qintsburq dərmanın qeydiyyatdan keçirilməsindən sonra genişmiqyaslı vaksinasiya üçün tədbirlər görüləcəyini də vurğulayıb.











