Sağlamlıq

Azərbaycanın iri şirkətində 100 nəfərə yaxın işçi koronavirusa yoluxub

“Baku Steel Company”də 86 nəfərdə, şirkətin Sumqayıt filialında isə 12 nəfərdə koronavirus aşkar olunub”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı qeyd edib ki, şirkətdə epidemik vəziyyəti stabilləşdirmək mümkün olub.

“İş yerlərində epidemik tələblərə riayət etmək lazımdır”, - deyə o vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department