Birja

“Bank of Baku” fond birjasının səhmdarı oldu

“Bank of Baku” ASC “Bakı Fond Birjası” QSC-nin (BFB) birbaşa səhmdarına çevrilib.

"BI" bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, “Bank of Baku”nun bu ilin aprel ayında ləğv edilməsini başa çatdırdığı törəmə investisiya şirkəti – “BOB Broker” MMC BFB-nin səhmlərinin 4,76%-nə nəzarət edirdi. Ləğv prosesi ilə əlaqədar həmin pay Banka keçib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)