Rəsmi

Ədliyyə Nazirliyinin eksperti həbs edildi

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İlham Həsənov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 

"BI" xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda təqdimat təmin edilib.

İ.Həsənov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, İ.Həsənov hədə-qorxu ilə tələb etmədə ittiham edilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)